Army Group
Market Müdiri
Son tarix 16 okt 2026 - [email protected]
Ünvan: Bakı-Şamaxı şosessi, Hökməli dairəsi
Əmək haqqı: 1000 - 1500 AZN
Şirkətimiz məsuliyyətli, liderlik bacarıqlarına sahib, təşəbbüskar və peşəkar Market Müdiri vəzifəsi üçün namizəd axtarır.
Vəzifə öhdəlikləri:
- Marketin ümumi fəaliyyətinin planlaşdırılması, təşkili və gündəlik idarə olunması
- Satış hədəflərinin müəyyən olunması və bu hədəflərə çatmaq üçün strategiyaların hazırlanması
- Satış göstəricilərinin mütəmadi təhlili və nəticələrə uyğun tədbirlərin görülməsi
- Komanda daxilində iş bölgüsünün düzgün aparılması və əməkdaşların motivasiyasının artırılması
- Müştərilərə yüksək səviyyədə xidmət göstərilməsinin təmin edilməsi və müştəri məmnuniyyətinin artırılması
- Məhsul çeşidinin düzgün idarə olunması, stok səviyyəsinə nəzarət və sifarişlərin vaxtında verilməsi
- Malların düzgün qəbul olunması, yerləşdirilməsi və vitrinlərin satışa uyğun tərtib olunmasına nəzarət
- Maliyyə əməliyyatlarına nəzarət, kassa intizamının qorunması
- Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi
- Sanitariya, gigiyena və təhlükəsizlik qaydalarına əməl olunmasının təmin edilməsi
- Marketdə baş verən problemlərin operativ şəkildə həll edilməsi və risklərin minimuma endirilməsi
Tələblər:
- Ali və ya orta ixtisas təhsili bəy namizədlər yaş 38-58
- Müvafiq sahədə ən azı 1-3 il iş təcrübəsi (market və ya pərakəndə satış sahəsində üstünlükdür)
- İdarəetmə və liderlik bacarıqları, komanda ilə işləmə təcrübəsi
- Analitik düşünmə və qərarvermə qabiliyyəti
- Ünsiyyət qurma və təqdimat bacarıqları
- Stressə davamlılıq və operativ qərar vermə bacarığı
- Məsuliyyətlilik, dəqiqlik və təşəbbüskarlıq
- MS Office proqramlarında (Word, Excel və s.) sərbəst işləmə bacarığı
- Bəy namizədlər yaş 38-58
Əlaqə nömrəsi: 050-289-45-68
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.













