2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycandan xaricə 402 milyon 483 min ABŞ dolları dəyərində 4 milyard 319 milyon 854 min kvt/saat elektrik enerjisi ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisi dəyər ifadəsi ilə 280 milyon 885 min dollar (3,3 dəfə), miqdar ifadəsi ilə 2 milyard 608 milyon 421 min kvt/saat (2,5 dəfə) artıb.
2022-ci ilin yanvar-dekabr aylarında xaricə elektrik enerjisi ixarcı 121 milyon 598 min dollar dəyərində 1 milyrad 711 milyon 433 min kv/saat təşkil edib.
Beləliklə, hər 1000 kv/saat elektrik enerjisinin orta ixrac qiyməti 93 dollar təşkil edib, 2022-ci ildə isə bu göstərici 71 dollar idi. Son bir ildə 24 dollar (30,2%) artım qeydə alınıb.
Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 1,19 %, qeyri-neft sektoru üzrə ixracında isə 12,02 % paya malik olub.
Keçən ilin müvafiq dövründə isə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0,32%, qeyri-neft sektoru üzrə ixracında isə 3,99% paya malik olub.