2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycana 50 milyon 86 min dollar dəyərində 54 min 592 ton düyü idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, məhsul idxalı dəyər ifadəsi ilə 7 milyon 535 min dollar yəni 17,7%, miqdar ifadəsi ilə təxminən 4 min 355 ton (8,7%) artıb.
2022-ci ilin sonunda 42 milyon 550 min dollar məbləğində 50 min 236 ton düyü gətirilib.
1 ton düyünün idxal qiyməti bu dövrdə 917 dollar, ötən il isə 847 dollar təşkil edib. Qiymətlərdə 70 dollar və ya 8,3% bahalaşma qeydə alınıb.
Qeyd edək ki, hesabat dövründə gətirilmiş düyü idxalı Azərbaycanın ümumi idxalının 0,29%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,29%-ni təşkil etmişdi.