2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrə 487,1 min ABŞ dolları dəyərində 530 kq nərə balıqlarını kürüsünü ixrac edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 205,7 min dollar və ya 73,1%, miqdar baxımından isə 300 kq və ya 2,3 dəfə çoxdur.
2022-ci ilin yanvar-noyabr aylarında 281,4 min dollar dəyərində 230 kq kürü ixrac edilib.
1 kq kürünü ixrac qiyməti 2023-cü ilin 11 ayı ərzində 919 dollar (1 562 manat), əvvəlki il isə 1223 dollar (2 080 manat) təşkil edib. Qiymətlərdə 304 dollar (24,9%) azalma baş verib.