2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrə 4 milyon 945 min ABŞ dolları dəyərində 4 min 754 ton ərik ixrac edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1 milyon 523 min dollar və ya 44,5%, miqdar baxımından isə 2 min 152 ton və ya 82,7% çoxdur.
2022-ci ilin yanvar-noyabr aylarında 3 milyon 422 min dollar dəyərində 2 min 603 ton ərik ixrac edilib.
1 ton əriyin ixrac qiyməti 2023-cü ilin 11 ayı ərzində 1 040 dollar, əvvəlki il isə 1 315 dollar təşkil edib. Qiymətlərdə 275 dollar (20,9%) azalma baş verib.
Bu da o deməkdir ki, 1 kq əriyin ixracı hesabat dövründə 1,77 manata, 2022-ci ildə də 2,24 manata başa gəlib.