2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycan xarici ölkələrə 4 milyon 396 min ABŞ dolları dəyərində 3 min 649 ton xiyar ixrac edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 151,9 min dollar və ya 3,6%, həcm baxımından isə 537 ton və ya 17,2% çoxdur.
2022-ci ilin yanvar-dekabr aylarında 4 milyon 244 min dollar dəyərində 3 min 113 ton xiyar ixrac edilib.
1 ton xiyarın ixrac qiyməti 2023- ildə 1 205 dollar, əvvəlki il isə 1 363 dollar təşkil edib. Qiymətlərdə 159 dollar (11,7%) azalma baş verib.
Bu da o deməkdir ki, 1 kq xiyarın ixracı 2,05 manata, 2022-ci ildə isə 2,32 manata başa gəlib.