2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrdən 1 milyon 214 min ABŞ dolları dəyərində 2 min 206 ton xiyar idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 279,5 min dollar və ya 29,9%, həcm baxımından isə 509 ton və ya 30% çoxdur.
2022-ci ilin yanvar-noyabr aylarında 934,4 min dollar dəyərində 1 697 ton xiyar idxal edilib.
1 ton xiyarın idxal qiyməti bu il və ötən il 550 dollar (935 manat), təşkil edib.