Bu ilin ilk 2 ayında Azərbaycana 50 milyon 959 min dollar dəyərində oduncaq və ondan hazırlanan məmulatlar idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, oduncaq idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 13 milyon 388 min dollar və ya 20,8% azalıb.
Qeyd edək ki, 2025-ci ilin ilk 2 ayında Azərbaycana 64 milyon 347 min dollar dəyərində oduncaq məhsulları gətirilmişdi.
Bu il ilk 2 ayda ümumi idxalın 1,96%-i oduncaq məhsullarının payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 1,56% idi.











