Bu ilin ilk 2 ayında Azərbaycana 68 milyon 335 min dollar dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, geyim idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 34 milyon 162 min dollar və ya 2 dəfə artıb.
Qeyd edək ki, 2025-ci ilin ilk 2 ayında Azərbaycana 34 milyon 173 min dollar dəyərində geyim və ləvazimatları gətirilmişdi.
Bu il ilk 2 ayda ümumi idxalın 2,63%-i geyim əşyalarının payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 1,67% idi.











