Avqustda Avropada qazın orta qiyməti 35% artaraq 1000 kubmetr üçün təxminən 2450 dollar təşkil edib.
Eləcə də bax: Rusiya “Şimal axını” ilə qaz nəqlini - DAYANDIRDI
FED.az xəbər verir ki, qaz fyuçersləri avqustda 1000 kubmetr üçün 2100 dollardan başlayıb və ayın birinci yarısında 2000-2200 dollar diapazonunda alınıb-satılıb. Bununla belə, avqustun 15-də kotirovkalar beş ayda ilk dəfə olaraq 2400 dollar qiymət həddini aşıb. Analitiklər bunu Norveçin mədən müəssisələrində aparılan profilaktik işlərlə əlaqələndiriblər.
Daha sonra avqustun 19-da Qazprom “Şimal axını-1” boru kəmərinin fəaliyyətinin 31 avqust – 2 sentyabr tarixlərində müvəqqəti dayandırılması xəbərini anons etdikdən sonra qiymətlər təxminən 8% artaraq 1000 kubmetr üçün 2700 dollar həddini keçdi və bir həftə sonra artıq 3500 dollardan baha satılırdı. Bununla belə, sonrakı bir neçə gün ərzində qazın qiyməti təqribən 1000 dollardan çox ucuzlaşdı.
Avqust ayda qazın orta qiyməti Avropa bazarlarında keçən il həmin dövrdəki qiymətlərdən təxminən dörd dəfə yüksək olub. (Caspianbarrel.org)