Rusiya neftinin qiymətinə limit qoyulacağı ilə bağlı xəbərlərin fonunda sentyabrın 3-dən etibarən «Qazprom» şirkəti Avropaya qaz nəqlini dayandırıb.
Eləcə də bax: KİV: G7 ölkələri Rusiya neftinin qiymətinə - LİMİT QOYACAQ
FED.az xəbər verir ki, bir neçə gün əvvəl qaz nəqlinin texniki məsələlərlə bağlı 3 günlüyə dayandırılacağı elan edilsə də, qazın nəqli yenidən dayandırılıb. Rusiya tərəfi bunu «Şimal Kəməri»ndəki texniki problemlərlə izah edib.
Rusiya tərəfi bunu texniki məsələlərlə izah edib. Rəsmi məlumata görə «Qazprom» şirkəti kəmərdəki problemləri olmasına görə «Rostexnadzor»dan xəbərdarlıq alıb ki, kəmərdə işləyən bir turbin buradan qaz nəqlinin təhlükəsiz həyat keçirməsnə imkan vermir və artıq bir neçə sızma qeydə alınıb. Bu çatışmazlıqların aradan qaldırılması üçün qaz nəqli tamamilə dayandırılıb.
Xatırladaq ki, əvvəl nəzərdə tutulurdu ki, sentyabrın 3-dən qaz nəqli bərpa olunacaq. İndi isə məlum olur ki, kəmər hələ qeyri-müəyyən müddətə işləməyəcək.
«Qazprom» elan edib ki, kəmərdəki problemləri «Siemens» şirkətinin əməkdaşları da qeydə alıb və yazılı təsdiqləyiblər: «Ümumilikdə 3 defekt qeydə alınıb ki, bu da kəmərin işini mümkünsüz edir-deyə bildirilib.
Qeyd edək ki, bir qədər əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Layen bilirmişdi ki, Rusiya nefti ilə yanaşı, Rusiya qazına da qiymət limiti qoyulacaq. Yəni Rusiya qazını istədiyi qiymətə sata bilməyəcək.