Ötən gün günorta saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin pisləşib.
Regiona qar yağmağa başlayıb.
FED.az xəbər verir ki, Qubanın rayon mərkəzində qarın hündürlüyü 18 sm, Xaltan 12 sm, Xınalıq 12 sm və Qrız kəndlərində 7 sm olub.
Xızının Altıağac qəsəbəsində 10 sm, Qusarda 8 sm, rayonun Ləzə kəndində isə 15 sm qar müşahidə olunub.
Şabranda 5 sm və Xaçmazda qarın hündürlüyü 1 sm-ə çatır.
Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Burda havanın temperaturu mənfi 14 dərəcəyədək enib. (Apa)