Ermənistan ordusu Qazaxın Azərbaycana təhvil verilən kəndlərindən geri çəkilir.
Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıb - RƏSMİ
FED.az xəbər verir ki, bu barədə İctimai TV Ermənistan mediasına istinadən məlumat yayıb.
Bildirilir ki, Tavuş yeparxiyasının rəhbəri Boqrad Qalstanyan artıq həmin ərazilərdə Azərbaycan bayrağının dalğalandığını söyləyib: “Vəziyyət olduqca mürəkkəbdir. Aylarla, günlərlə, illərlə düşündüyümüz reallığa çevrildi. Ordumuz mövqelərimizdən geri çəkildi. Artıq, deyirlər ki, mövqelərimiz üzərində Azərbaycan bayrağı dalğalanır. Mən öz gözlərimlə görməmişəm, amma belə deyirlər. İnsanlar görüblər...”