İran hökümәti vurulan tәyyarә ilә әlaqәdar 100-150 milyon dollar ödәyәcәk.
FED.az "Trend"ə istinadən xəbər verir ki, bunu İranın Mәrkәzi Sığorta Tәşkilatının sәdr müavini Qulamәli Cahangiri ISNA-ya açıqlamasında deyib.
Eləcə də bax: Ukrayna İrandan - TƏZMİNAT İSTƏYİR
Q.Cahangirinin sözlәrinә görә, ödәniş İran vә Ukrayna dövlәtlәri arasında razılıq әsasında olacaq.
Cahangiri deyib ki, Ukraynaya mәxsus tәyyarә qәzaya uğrasaydı, sığorta şirkәtlәri onu ödәmәli olacaqdılar.
Cahangiri bildirib ki, lakin tәyyarә vurulduğuna görә, şәrait fәrqlidir.
Tәşkilat rәsmisi deyib ki, Boeing 737-800 model tәyyarәsinin yenisinin qiymәti 100 milyon dollardır. Lakin İranda vurulan tәyyarә tәxminәn 3 il işlәyib.
Cahangiri әlavә edib ki, nәticәdә tәyyarәyә dәyәn xәsarәtә görә, 70 milyon dollar ödәnilmәsi proqnoz edilir.
"Beynәlxalq sığortalara әsasәn hәr bir sәrnişinin yükü 1-1,5 min dollar civarında qiymәtlәndirilir" - deyә o qeyd edib.
İranlı rәsmi deyib ki, lakin bu rәqәm Ukrayna sığorta şirkәti tәrәfindәn müәyyәnlәşdirilmәlidir.
Cahangirinin sözlәrinә görә, ümumilikdә sәrnişin vә ekipaj heyәtinin sığortası 24 milyon dollar hesab olunur.
Qeyd edək ki, 8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı bu gün (11 yanvar) səhər bəyanat verərək bu təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib