Bu gün Bakıda keçirilən Azərbaycan- İran biznes forumunda iki ölkə arasında avtomobil istehsalı üzrə yeni şirkətin yaradılması barədə müqavilə imzalanıb və yeni şirkətin təqdimatı keçirilib.
FED.az xəbər verir ki, “Xəzər” adlanan şirkət Neftçala Sənaye Parkında avtomobil istehsalı ilə məşğul olacaq.
Eləcə də bax: Naxçıvan Avtomobil Zavodu istehsalı bərpa edib
Şirkətdə 75% pay Azərbaycana, 25% pay isə İrana (“Xodro” şirkətinə) məxsusdur. Maraqlı məqamlardan biri budur ki, şirkətdə Azərbaycan tərəfini hökümət qurumları yox, biznes strukturları təmsil edir.
Yeni avtomobil zavodunda Azərbaycanın payı 75% olacaq
11:13
29 Mart 2018