Yaxın tarixlərdə dövlət qeydiyyatına alınan və eyni şəxsin qanuni təmsilçi olduğu 3 şirkət nizamnamə kapitalını kəskin azaldır.
“ASK Tekstil” adını dəyişdi - Nizamnamə kapitalı artırıldı
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Əhmədzadə Aynurə Əli qızının qanuni təmsilçi olduğu “BUSINESS FINANCE GROUP” MMC (VÖEN – 1406300471) və “İmza İnşaat” MMC-lər (VÖEN – 1406188941) nizamnamə kapitallarını 500 dəfə azaldaraq 100 000 manatdan 200 manata, “Star Stamp” MMC (VÖEN – 1406234141) isə nizamnamə kapitalını 400 dəfə azaldaraq 60 000 manatdan 150 manata endirir.
Nizamnamə kapitalının azaldılmasına səbəb kimi mühasib səhlənkarlığı göstərilir.