"Büllur" ASC (VÖEN: 2000096151) ləğv olunduğunu elan edir.
FED.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 29 ünvanına bildirə bilərlər.
"Büllur" ASC-nin səhmdarı (VÖEN: 2000096151) “THE BAKU GROUP LTD” MTK-nın direktoru Əkbərov Rasim İldırım oğlu tərəfindən 21 fevral 2025-ci il tarixdə daxil olmuş müraciətə əsasən 04 aprel 2025-ci il tarixdə, saat 11:30-da səhmdarların növbədənkənar ümumi yığıncağı keçirilib.
Qeyd edək ki, "Büllur" ASC 6 sentyabr 2001-ci ildə yaradılıb. Şirkət 479 min 938 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Cavid Ələkbərov Akif oğludur.