FED.az xəbər verir ki, “Kommersant” nəşri yazır ki, əməkdaşların özünə çalışan kimi rəsmiləşdirilməsi vasitəsilə şirkətlərin vergidən yayınması tendensiyasının davam edir.
Eləcə də bax: Xidməti müqavilə ilə işləynlərə pis xəbər - ÖDƏNİŞLƏR RƏSMİ MAAŞDAKI KİMİ OLACAQ
Belə bir sxem işəgötürənə işçinin sığorta haqqını ödəməməyə imkan verir. Onların məcmu məbləği Pensiya fondu, icbari tibbi sığorta Fondu və sosial sığorta Fonduna ayırmaların əməkhaqqı səviyyəsinin 30 faizini təşkil edir. Əməkdaşların daim iş yerində olmasını onlar şirkətin meydançalarının icarəsi ilə izah edirlər.
Eləcə də bax: Maliyyə, marketinq işçiləri və startapçılar üçün - YENİ ŞƏBƏKƏ YARADILDI
İşçilərin özlərinə çalışan kimi rəsmiləşdirilməsi gəlir vergilərinə qənaət etməyə imkan verir. Fiziki şəxslərin gəlirlərinə standart verginin 13 faizi (və ya qeyri-rezidentlər üçün 30 faizi) əvəzinə onlar 6 faiz ödəyirlər, çünki şirkətlərə xidmət göstərirlər (vətəndaşlara xidmət və ya mallar satıldığı halda faiz dərəcəsi 4 faiz olardı).
Eyni zamanda, keçmiş işçilər qanunla işdən çıxarıldıqdan sonra işəgötürənlər iki il ərzində onlardan xidmətlər ala bilmirlər. Bu məhdudiyyəti aradan qaldırmaq üçün onlar məşğulluq agentlikləri vasitəsilə mülki-hüquqi xarakterli müqavilələr bağlayırlar, hansı ki, pozuntular aşkar edildikdə cərimə şəklində onlar da məsuliyyət daşıyırlar.
Federal vergi xidməti problemdən xəbərdar olduğunu, ancaq bunun həddən ziyadə şişirdildiyini və risklərin yüksəldildiyini bildirib. Qurumdan bildiriblər ki, artıq bəzi şirkətlərə belə təcrübənin yolverilməzliyi barədə xəbərdarlıq da ediblər.
Özünə çalışanlar üçün yeni vergi rejimi Rusiyanın dörd regionunda – Moskva, Tatarıstan, Moskva və Kaluqa vilayətlərində - 2019-cu ilin əvvəlindən tətbiq edilib.