“Xətai-Rabitə-Tikinti” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncaq 20 aprel 2026-cı il tarixində saat 14:00-da Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 13X ünvanında yerləşən cəmiyyətin inzibati binasında baş tutacaq.
Yığıncağın gündəliyinə ASC-nin 2025-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqi və digər məsələlər daxildir.
Səhmdarlar gündəlikdəki materiallarla iş günləri saat 10:00-dan 18:00-dək cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 13X ünvanında yerləşən inzibati binasında İdarə Heyətinə müraciət etməklə tanış ola bilərlər.
Qeyd olunub ki, müəssisə əvvəlki ünvanında fəaliyyətini davam etdirir. Yığıncaqda iştirak vacibdir.












