Azərbaycana Çindən gətirilən malların karqo qiymətinin qalxması barədə mətbuatda məlumatlar yayılıb.
FED.az xəbər verir ki, sahibkarlar əvvəllər bunun üçün karqo şirkətinə 350 dollar pul ödəyirdisə, indi bunun üçün onlardan 518 dollar pul tələb edilir. Onlar qiymətin qalxmasına Dövlət Gömrük Komitəsinin səbəb olduğunu qeyd edirlər.
Eləcə də bax: Banklar üçün dadlı piroq gəlir – SIĞORTA PULLARI - QAYDALAR
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov məsələyə münasibət bildirib. Onuin sözlərinə görə, karqo şirkətlərinin Dövlət Gömrük Komitəsinə aidiyyatı yoxdur: “Onlar özəl şirkətlərdir. Əgər onlar belə addım atıblarsa, bu onların öz işidir. Səbəbini daşıma şirkətlərindən soruşmaq lazımdır. Dövlət Gömrük Komitəsində isə gömrük rüsumlarının qiymətində heç bir dəyişiklik olmayıb. Rüsumlar əvvəlki kimidir”.