Azərbaycanın aparıcı istehsal və maliyyə qruplarından olan Veysəloğlu Şirkətlər Qrupu ölkədə ilk dəfə olaraq «Veysəloğlu Pərakəndə İndeksi»ni təqdim edib.
FED.az xəbər verir ki. sözügedən indeks Şirkətlər Qrupuna aid pərakəndə satış şirkətlərinin 2019, 2020 və 2021-ci illərin ilk altı ayını əhatə edən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satış qiymətləri əsasında hesablanır.
İndeksə satış həcminə görə 2018-ci ilin yanvar ayından etibarən hər ay satışı olan 4317 məhsul daxil edilir. Bu siyahıya qısa müddətli istifadəyə yararlı istehlak məhsulları (təzə qida), qida, spirtli və spirtsiz içkilər, həmçinin tütün məmulatları daxildir. İndeksin hesablanması zamanı satış miqdarlarına görə hər kateqoriyaya ağırlıq veririlir. Nəticədə müştərilərin orta illik və aylıq qiymət dəyişikliyi tempini izləmək mümkün olur.
Aylıq təqdim edilməsi nəzərdə tutulan “Veysəloğlu Pərakəndə İndeksi” ərzaq məhsullarının alt kateqoriyalar üzrə də qiymət dəyişikliklərini izləməyə və əhaliyə ailə büdcəsini sistemli şəkildə idarə etməyə imkan yaradacaq.
İndeks göstəricilərinə Veysəloğlu Şirkətlər Qrupunda istehlak məqsədi ilə məhsul alan bütün müştərilərin ən çox aldığı məhsullar daxil edilib.
Təqdim olunan pərakəndə satış indeksi göstəricilərinə əsasən aydın olur ki, Şirkətlər Qrupu bazarda münasib və maksimum sabit qiymət siyasəti aparmaqla öz missiyasına xidmət edir.
“Veysəloğlu Pərakəndə İndeksi”də qeyd edilən məhsulların qiymətində 2021-ci ilin may ayında 2020-ci ilin may ayı ilə müqayisədə 4.1% artım müşahidə edilir.
İndeksin alt kateqoriyalar üzrə qiymət dəyişikliklərinə gəldikdə isə 2021-ci il mayın ayında 2020-ci ilin may ayı ilə müqayisədə təzə qida məhsullarında 0,3% artım, qida və spirtsiz içkilərdə 6,9% artım, alkoqol və tütün məmulatlarında isə 7,8% artım olub.
Şirkətlər Qrupu qeyd edilən məlumatları ictimaiyyətlə açıq paylaşmaqla müştərilərinə öz istehlak səbətlərini planlayan zaman dəstək olmağı hədəfləyir.
‘Veysəloğlu Pərakəndə İndeksi” məlumatlarının hər ay yenilənərək ictimaiyyətə təqdim olunması nəzərdə tutulur.