“Uniqlo” geyim markası Rusiyadakı fəaliyyətini müvəqqəti olaraq dayandırdığını açıqlayıb.
Eləcə də bax: İki həftəyə 100-ə yaxın ABŞ şirkəti Rusiyanı - TƏRK EDİB
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Uniqlo missiyası çərçivəsində Rusiya əhalisi üçün sərfəli gündəlik geyim təmin etməyə çalışıb. Bununla belə, biz son vaxtlar bir sıra çətinliklərlə, o cümlədən biznes problemləri və pisləşən münaqişə vəziyyəti ilə qarşılaşdıq. Bununla əlaqədar olaraq, Rusiya bazarında fəaliyyətimizi dayandırırıq”, – şirkət bildirib.