"European Tobacco-Baku” ASC (VÖEN: 9900001341) səhmdarları toplanır.
FED.az xəbər verir ki, yığıncaq 24 iyun 2024-cü il saat 10:00–da Bakı şəhəri, Ələsgər Qayıbov 12, ünvanında keçiriləcək.
Xatırladaq ki, şirkət 23 avqust 2001-ci ildə yaradılıb, şirkət 44 milyon 635 min 220 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Zaur Səfərov Məhəmməd oğludur.
Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Köndələn küçəsi 21 nömrəli ünvanda yerləşir.