Vertiv Güç Sistemleri Limited Şirketinin Azərbaycan Respublikasındakı Filialı ləğv olunduğunu elan edir.
FED.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 55 küçəsi, Aga Center 7-ci mərtəbə, ofis 701 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, Vertiv Güç Sistemleri Limited Şirketi 12 iyun 2009-cu ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Nərmin Məmmədli Zaur qızıdır.
“Vertiv Güç Sistemleri Limited Şirketi” Türkiyədə kritik rəqəmsal infrastruktur və enerji sistemləri üzrə fəaliyyət göstərən beynəlxalq şirkətdir. Əsasən UPS (kesintisiz güc mənbələri), güc paylanması (PDU), DC enerji sistemləri, eləcə də data mərkəzlərinin soyutma və monitorinq həlləri sahəsində xidmət göstərir.
“Vertiv” Türkiyədə həm birbaşa satış, həm də rəsmi distribyutorlar vasitəsilə müştərilərə xidmət göstərir. Şirkətin məhsul portfelinə enerji təminatı, soyutma sistemləri, nəzarət və texniki xidmət həlləri daxildir.













