Yum Brands, Türkiyədə KFC və Pizza Hut restoranlarını idarə edən IS Gıda şirkəti ilə müqaviləni ləğv edib. Şirkət bildirib ki, franşiza sahibi Yum Brands-ın standartlarına uyğun gəlməyib.
ABŞ-da McDonald's və Starbucks-ın daxil ola bilmədiyi yeganə yer
FED.az xəbər verir ki, bu səbəbdən 500-dən çox restoranın müvəqqəti bağlanacağı gözlənilir.
Yum Brands həmçinin qeyd edib ki, Türkiyədəki restoranların satışları qlobal ortalamanın çox aşağısında idi. Buna görə də bağlanmaların şirkətin gəlirlərinə ciddi təsir etməyəcəyi bildirilib.
IS Gıda Türkiyədə 283 KFC və 254 Pizza Hut restoranını idarə edirdi. Yum Brands isə bu restoranların gələcəkdə yenidən açılacağı barədə məlumat verməyib.