Türkiyənin börek markası "Chef Börek" Azərbaycan bazarına daxil olur.
Eləcə də bax: Yeni qida və heyvandarlıq şirkəti - Yaradılıb
FED.az xəbər verir ki, Türkiyə Respublikasının vətəndaşı Yılmaz Cuma Azərbaycanda "Chef Börek Azerbaijan" MMC şirkətini yaradıb. Şirkət ötən ilin Dekabr ayında dövlət qeydiyyatına alınıb və hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əşrəf Əliyev ev.17B-dir.
"Chef Börek", börek növlərilə Türkiyənin ən zəngin menyusuna sahibdir. Börəklər, qəhvələr, çaylar və digəe içkilər "Börek Restaurant & Cafe"lərdə müştərilərə təklif edilir.
Hazırda Türkiyədə "Chef Börek"in 65 şöbəsi var və sayın 100-ə çatdırılması hədəflənir.
Türk yemək mədəniyyətində xəmir işlərinin yeri başqadır. Səhərdən axşama istər yeməkdən əvvəl, istər sonra süfrəyə verilərək sevilə-cevilə yeyilən xəmir yeməkləri Orta Şərqdən Balkanlara, Şimali Afrikadan Orta Asiyaya qədər geniş bir coğrafiyanı əhatə edir. Osmanlı mətbəxinin hökm sürdüyü torpaqlarda qoyduğu irslərdən biri də börek yeməyidir.
Börek nədir? - Sadə dillə desək, açılmış xəmirin və ya yuxanın arasına müxtəlif yeyəcəklərin qoyularaq bişirildiyi bir yeməkdir. İçliyi qiymədən pendirə, göbələkdən toyuğa, kartofdan ispanağa qədər hər şeydən ola bilər. Həm qaz üzərində tavada qızardılaraq, həm sac üstündə, həm də elektrikli sobada bişirilir. Ona görə də Türkiyə mətbəxində böreyin yüzlərlə növü vardır. (Marja)