Xəbər verildiyi kimi, mayın 14-də ABŞ prezidenti Donald Trampın Çinə çoxdan gözlənilən, hətta bir dəfə təxirə salınan səfəra başlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xatırladır ki, ABŞ prezidentinin Çinə səfəri aprelin əvvəlində planlaşdırılırdı, amma İranla müharibəyə görə, səfər 1 ay gec baş tutdu.
Səfər zamanı Çin ilə ABŞ arasında çoxsaylı məsələlərin, o cümlədən ikitərəfli ticarətin, tticarət tariflərinin, ABŞ məhsullarının Çin bazarına və əksinə buraxılması, yeni texnologiyaların ötürülməsi, Tayvan münaqişəsi və sairi0 müzakirəsi gözlənilir.
Amma Donald Trampın özü ilə Çin səfərinə gətirdiyi böyük biznes nümayəndə heyəti səfərin əsas kontekstinin məhz biznes olduğunu göstərir. ABŞ prezidenti Çinə 20 nəfərlik iş adamı ilə gəlib, onların təsmil etdikləri şirkətlərin bazar dəyəri və idarə etdikləri vəsaitin həcmi 26 trilyon dollardır.
Beləliklə, Trampı müşayiət edənlər arasında ABŞ-ın ən böyük korporasiyalarının rəhbərləri və nümayəndələri əks olunub. Bu siyahıdakı şirkətlərin bir qismi texnologiya, digərləri isə maliyyə və sənaye nəhəngləridir. 2026-cı ilin yeni göstəricilərini nəzər alanda bu komandanın təmsil etdiyi biznes və şirkətlərin ümumi dəyəri və aktivləri 26 trilyon dollara çatır.
Beləliklə
|
Şirkət |
Rəhbər / Nümayəndə |
Bazar Dəyəri və ya Aktivləri |
|
NVIDIA |
Jensen Huang |
3,6 Trilyon dollar |
|
Apple |
Tim Cook |
3,4 Trilyon dollar |
|
Meta |
Dina Powell McCormick |
1,5 Trilyon dollar |
|
Tesla |
Elon Musk |
1,1 Trilyon dollar |
|
BlackRock |
Larry Fink |
160 Milyard dollar (idarə edir: 10.6 Trilyon dollar) |
|
Goldman Sachs |
David Solomon |
150 Milyard dollar (idarə edir: 2.9 Trilyon dollar) |
|
Blackstone |
Stephen Schwarzman |
115 Milyard dollar (idarə edir: 1.1 Trilyon dollar) |
|
Visa |
Ryan McInerney |
600 Milyard dollar |
|
Mastercard |
Michael Miebach |
480 Milyard dollar |
|
Cisco |
Chuck Robbins |
210 Milyard dollar |
|
Qualcomm |
Cristiano Amon |
185 Milyard dollar |
|
Cargill |
Brian Sikes |
175 Milyard dollar |
|
GE Aerospace |
Larry Culp |
155 Milyard dollar |
|
Citi |
Jane Fraser |
120 Milyard dollar |
|
Micron |
Sanjay Mehrotra |
115 Milyard dollar |
|
Boeing |
Kelly Ortberg |
90 Milyard dollar |
|
Illumina |
Jacob Thaysen |
22 Milyard dollar |
|
Coherent |
Jim Anderson |
11 Milyard dollar |
Qeyd edək ki, siyahıdakı NVIDIA və Apple hazırda ümumiyyətlə dünyanın ən dəyərli şirkətləridir. Siyahıda adı tanış gəlməyən 175 milyard dollarlıq «Cargill» dünyanın ən böyük kənd təsərrüfatı və qida şirkətidir, amma səhmlərim birjada satılmır və ailə şirkətidir.






![Trampın Çinə apardığı - 25 trilyon dollarlıq biznes komanda – [red]MƏBLƏĞLƏR, SİYAHI[/red] | FED.az](upload/news/small/1075540.jpg)
![Trampın Çinə apardığı - 25 trilyon dollarlıq biznes komanda – [red]MƏBLƏĞLƏR, SİYAHI[/red] | FED.az](upload/news/small/3618339.jpg)








