ABŞ Prezidenti Donald Trampın sərvəti ikinci ildir ardıcıl olaraq 3,1 milyard dollar civarındadır.
FED.az xəbər verir ki, Forbes jurnalının məlumatına görə, ABŞ lideri 2019-cu ildə ölkənin ən varlı 400 insanı siyahısında (Forbes-400) 275-ci yeri tutub.
Eləc də bax: Tramp seçki kampaniyasının keçirilməsi üçün $125 mln. topladı – REKORD GÖSTƏRİCİ
Qeyd olunub ki, bu, 2018-ci illə müqayisədə 16 pillə aşağıdır. Tramp prezident olmamışdan qabaq reytinqdə 119 pillə daha irəlidə idi.
Nəşr Trampın maliyyə vəziyyətinin tamamilə statik olmadığını da əlavə edib. Belə ki, onun adının çəkildiyi hər hansı bir iş zərər görür.
Report