22 noyabr 2025-ci il saat 11.00-da “Ucar Tikinti Quraşdırma” QSC-nin inzibati binasında “Ucar Tikinti Quraşdırma” QSC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. Səhmdar cəmiyyətin 2024-cü ilin yekunlarına aid maliyyə-təsərrüfat fəaliyyətinin hesabatının müzakirəsi və təsdiqi.
2. Yaranmış iqtisadi vəziyyətdən çıxmaq məqsədilə ərazinin 0.82 hektar hissəsinin satılması barədə .
3. QSC-də istifadə müddəti bitmiş, istifadəyə yarasız mövcud olan, bərpası iqtisadi cəhətdən səmərə verməyən əsas vəsaitlərin satılması, silinməsi və balansdan çıxarılması.
4. Təşkilati məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.
Əlaqə telefonu – 99450-221-23-82. hnvan-Ucar şəhəri, Dədə Qorqud küçəsi.