“Synergy Group” MMC-yə daxil olan “Bestpack” MMC-nin direktoru Murad Mirzəyev vəzifəsindən azad edilib.
Eləcə də bax: “Synergy Group”da - Kadr Dəyişikliyi
FED.az xəbər verir ki, şirkətə rəhbərlik Orxan Quliyevə həvalə olunub.
Bundan başqa, kommersiya qurumunun nizamnamə kapitalı 10 manat və yaxud 4,55% artırılaraq 220 manatdan 230 manata çatdırılıb.
Xatırladaq ki, “Bestpack” 20017-ci ildə yaradılıb, poliqrafiya və qablaşdırma sahəsində fəaliyyət göstərir. (Report)