"Synergy CO" MMC-nin (VÖEN: 1401708281) 889 min 772 manat vergi borcu olduğu məlum olub.
FED.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Bu məbləğ bir gün əvvəlki tarixə aid olan göstəricidir.
Qeyd edək ki, şirkət 3 dekabr 2009-ci ildə yaradılıb, 2,6 min manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Rəşad Qurbanov Firdovsi oğludur.
Təşkilati-hüquqi formasını dəyişərək “Synergy CO” MMC-yə çevrildiyini elan edib.