Tayvan çip istehsalçısı TSMC, 2024-cü ilin dördüncü rübündə rekord göstəricilər açıqladı.
Rəhbərliyi Prezidentlə görüşən “Franklin Templeton” şirkətinin 1,68 trilyon dollarlıq aktivləri var - DOSYE
FED.az xəbər verir ki, şirkət, NT$868.46 milyard (təxminən $26.36 milyard) xalis gəlir və NT$374.68 milyard (təxminən $11.3 milyard) xalis mənfəət əldə etdiyini bildirdi. Bu, illik gəlirdə 38.8%, mənfəətdə isə 57% artımı göstərir.
Şirkət 3nm və 5nm texnologiyalara güclü tələbin gəliri artırdığını vurğuladı. Yeni çip texnologiyaları TSMC-nin wafer gəlirlərinin əhəmiyyətli hissəsini təşkil etdi – 3nm çiplər 26%, 5nm isə 34%. 2025-ci ilin birinci rübündə, mövsümi smartfon satışlarının azalmasının təsir edəcəyi, lakin AI tələbinin artması ilə bunun qismən kompensasiya olunacağı gözlənilir.