İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus iki şirkəti – “SOCAR Zone I” və “SOCAR BTBK”nı dövlət qeydiyyatına alıb.
FED.az xəbər verir ki, hər iki şirkətin təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyətdir (MMC).
Hər iki şirkətin hüquqi ünvanı SOCAR-ın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 121 ünvanıdır. Nizamnamə kapitalları isə min manatdır.
“SOCAR Zone I”in qanuni təmsilçisi Bəxtiyev Rəşad Zahir oğlu, “SOCAR BTBK” MMC-nin isə qanuni təmsilçisi İbadov Fərhad İbad oğludur.
“SOCAR Zone I” 27 may 2025-ci ildə yaradılıb.