“Xalq üçün mallar” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı 25 sentyabr 2020-ci il saat 11.00-da Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ə.Bağırov küçəsi 12 nömrəli ünvanda keçiriləcək.
Eləcə də bax: Azərbaycanda "Amerika arzusu" baş tutmadı - ŞİRKƏT BAĞLANIR
FED.az xəbər verir ki, iclasın gündəliyinə cəmiyyətin icra orqanlarının formalaşdırılması, cəmiyyətin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı görüləcək tədbirlərin müzakirəsi və digər məsələr daxildir.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Əlaqə telefonu - (070) 800 10 49