Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir.
FED.az xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlıq qurur və şərik olurlar.
Amma şərikli format biznesi asanlaşdırsa da, özü ilə yeni risklər də gətirir. Fikir ayrılıqları, iş yükünün və gəlirin bölüşdürülməsi, biznes qərarların verilməsi və ya səhv qərarlara görə məsuliyyətin bölüşdürülməsi tez-tez şərikli bizneslərdə probemlərə səbəb olur.
Hüquqşünas, korporativ mübahisələr üzrə ixtisaslaşmır vəkil Höseyn İsmayılov, şərikli biznes və belə biznes quran şəxslərlə bağlı tövsiyyələrini bölüşüb.
Tövsiyə 1 - Şərikliyi mütləq müqavilə əsasında qurun.
Hətta şərikiniz ən yaxın dostunuz olsa belə. Bu qətiyyən güvən məsələsi deyil.
Bu şəffaflıq və hər şeyin əvvəlcədən aydın olması baxımından vacibdir. Eyni zamanda hər iki şərik üçün dəqiq məsuliyyət bölgüsünün müəyyən edilməsi üçün vacibdir. Müqavilə bağlayanda hər ikiniz yazılı olaraq anlayısınız ki, siz müqavilə tərəfisiniz və binzesininizin rəsmi olaraq nə vaxt başlandığını dəqiq müəyyən edir. Bəzən tərəflər şərikli biznesə başlamaq üçün həftələrlə, bəzən aylarla müzakirələr aparırlar, hər dəfə fərqli məsələləri şifahi razılaşdırırlar. Bunlar yazıda və təsdiqlənmiş olmadıqda sonrakı problemləri qaçınılmaz olur.
Təcrübədə şərikli bizneslərin çoxu məhz bu səbəbdən problem yaşayır:
başlanğıcda heç nə yazılı şəkildə razılaşdırılmır.
Tövsiyə 2 - Müqavilədə ən azı bir neçə məsələ razılaşdırılmalıdır:
Kim nə qədər pul qoyur və kim hansı işləri görür. Bəzən bir tərəf investisiya edir, digər tərəf isə biznesi idarə edir.
Bəzən isə hər iki tərəf həm pul qoyur, həm də işləyir.
Bütün bunlar müqavilədə dəqiq göstərilməlidir. Bununla bərabər müqavilədə tam dəqiq və razılşadırılmış səlahiyyət bölgüsü və qərarvermə müxanizmi olmalıdır. Şəriklərin hər birinin ayrılıqda hansı səlahiyyətləri, nədən məsuliyyət daşıdıqları və hüquqları müəyyən edilməlidir. Hansı qərarları təkbaşına, hansıları birlikdə verməli olduqları qeyd edilməlidir.
• satışa kim cavabdehdir
• əməliyyatları kim idarə edir
• maliyyəyə kim nəzarət edir
Yəni hər şərikin real funksiyası olmalıdır.
Tövsiyə 3 – Biznesə hökmən nəzarət edilməlidir.
Digər vacib məsələ isə nəzarətdir. Təcrübədə tövsiyə olunur ki, biznesə kənar nəzarətçi təyin olsun – Ən kiçik biznesdə belə.
Məsələn mühasib, hüquqşünas və ya risk mütəxəssisi.
Çünki şəriklərdən biri nəzarət etdikdə sonradan mübahisələr yarana bilər. Nəzarətin olması hər iki şərikin mənafeini qoruyur.
Tövsiyə 4 – Biznes və maliyyə əməliyyatlarında şəffaflıq
Şərikli biznes öz xarakterinə görə, ənənəvi bizneslərdən daha şəffaf olmalıdır. Çünki böurada biznesin 1 deyitl bir neçə sahibi var və onların hamısı bizneslə bağlı əməliyyatları, maliyyə axınlarını, gəlir xərc maddələrini istənilən vaxt görə bilməlidirlər.
Azərbğaycanda və bütün dünyada formalaşan ənənəyə görə, adətən şirkətin maliyyəsini şəriklərdən biri idarə edir. Amma bu vəziyyət digər şərikləri maliyyə məsələlərinə nəzarət etməyə, prosesi izləməsinə mane olmamalıdır. Maliyyə fəaliyyətinin nəticələri hər rüb və ya biznesdən asılı olaraq hər ay şəriklər arasında paylaşımalıdır. Bu qaydalara əməl edilmirsə, biznesin qeyri-şəffaflığından, hətta tərəflərdən birinin vəsaitləri mənimsəmə riskindən danışmaq olar.
Tövsiyə 5 – Gəlirin necə bölünəcəyi əvvəlcədən müəyyən edilməlidir
Şərikli biznesdə ortaya çıxan mübahisələrin əksəriyyəti sonradan gəlirin nexə bölüşdürülməsinə aiddir. Ona görə də müqavilədə gəlirin necə bölünəcəyi əvvəlcədən dəqiq müəyyən edilməlidir.
Söhbət yalnız qazancı necə bölməkdən getimir. Biznesin inkişafına nə qədər və necə yatırım ediləcəyi də razılaşdırılmalıdır. Vergi məsələləri, xərc məsələləri.
Biznes pulundan şəxsi məqsədlər üçün istifadə edilməsinin məhdudlaşdırılması. Yaxşı olar ki, biznesdən rəsmi əmək haqqı və ya dividend ödənişi formasında pul götürəsiniz. Yoxsa «kassadan 500 manat götürdüm, gəlir bölgüsündə nəzərə alarıq» kimi məsələlərin sonu heç vaxt yaxşı bitmir.
Tövsiyə 6 - Çıxış planı olmalıdır
Şərikli bizneslərdə olması vaxib olan məqam, bir qədər xoşagəlməz olsa da, çıxış planıdır. Yəni şəriklik necə bitəcək?
Əgər bunu başlanğıcda razılaşdırsanız, sonradan yaranan mübahisələrin böyük hissəsinin qarşısını almış olarsınız. Məsələn: şəriklərdən biri çıxmaq istəsə nə olacaq, brend adı kimdə qalacaq, müştərilər və aktivlər necə bölünəcək,
və tərəflər eyni sahədə fəaliyyət göstərə biləcəklərmi. Rəqabət məsələsi də əvvəlcədən razılaşdırılmalıdır.
Unutmayın:
Yaxşı yazılmış şəriklik müqaviləsi biznesinizi qoruyacaq, münasibətlərinizi isə daha da möhkəmləndirəcək.














