Azərbaycan İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, Bakının Nizami rayonunda yerləşən "Diqlas" ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 8 ticarət mərkəzi təklif olunub.
FED.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, artıq 20-ə yaxın sahibkar 5 ay icarə haqqı ödəməmək şərti ilə “Aygün” və “Sədərək” ticarət mərkəzlərində, Dərnəgül şosesində yerləşən “Eurohome” tikinti bazarında ticarət obyektləri ilə təmin olunub.
Sahibkarların ticarət mərkəzlərində yerləşdirilməsi prosesi davam etdirilir.
Eləcə də bax: "Diqlas"ın sahibkarlarına daha bir obyekt təklif olunur - TAM SİYAHI