17 mart 2026-cı il saat 12:00-da “Sabunçu İstehsalat Xidməti Bazası” ASC-nin (Ləğv prosesindədir) (VÖEN: 9900028131) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri protalı xəbər verir ki, yığıncaq Bakı şəhəri, Zabrat 1 qəsəbəsi, Oktyabr küçəsi 29, “Neftqazmaş” ASC-nin akt zalı ünvanında olacaq.
Gündəlikdə olan məsələlər:
1. Cəmiyyətin ləğvetmə balansının təsdiq edilməsi;
2. Cəmiyyətin qalıq əmlakının səhmdarlar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiq edilməsi;
3. Cəmiyyətin səhmlərinin dövriyyədən çıxarılması və ləğv edilməsi;
4. Digər məsələlər.
Səhmdarların növbəti ümumi yığıncağının gündəliyi üzrə materiallarla yuxarıdakı ünvanda iclas zamanı tanış olmaq olar.
Yığıncaqda iştirak etmək niyyəti olan səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil edilmiş nümayəndələr notarial təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı tələb olunur.











