“Binnofarm Qrupp” MMC-nin Azərbaycandakı nümayəndəliyi ləğv edilir.
FED.az xxəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1009 Bakı şəhəri, Nəsimi rayonu, Ə. Hüseynzadə küçəsi, ev 71, mənzil 12A ünvanına bildirə bilərlər.
Sözügedən şirkət 24 yanvar 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin Azərbaycandakı nümayəndəliyinin qanuni təmsilçisi Məhərrəmova Təranə Akif qızıdır.
Bildirək ki, Binnofarm Qrupu Rusiya əczaçılıq bazarında ən böyük dərman portfellərindən birinə malikdir. Binnofarm Group tibb müəssisələrini müxtəlif formalarda antibiotiklər, endokrinologiya, nevrologiya, kardiologiya və digər terapevtik qruplar üçün dərmanlarla təmin edən xəstəxana seqmenti üçün məhsulların ən böyük təchizatçılarından biridir.