“Tudors Azerbaijan” şirkətinin direktoru Rübail Quliyevin FED.az biznes maliyyə portalına verdiyi müsahibəni təqdim edirik.
Pandemiya dövründə TUDORS əməkdaşlarının və müştərilərinin təhlükəsizliyinin təmin olunması üçün hansı addımlar atdı və hansı problemləri həll etdi?
Məlumat üçün bildirmək istəyirəm ki, Tudors markasının Azərbaycan bazarına daxil olması 2019-cu ilin sentyabr ayından etibarən nəzərdə tutulsada müəyyən səbəblərdən mağazanın açılışı 2020-ci ilin 31 May tarixində reallaşmışdır. Bakıda ilk mağaza Metropark AVM-də açılmış və çox qısa müddətdən sonra AVM-lərin pandemiyaya görə təkrar fəaliyyətinin müvəqqəti saxlanılmasına görə mağazanın fəaliyyəti dayanmışdır. Pandemiyanın bizim sahəyə çox ciddi mənfi təsirləri olsada markanın ölkə bazarında yeni olmasına görə bəzi istiqamətlərdə müsbət yardımıda oldu. Belə ki, mağazanın bağlı olduğu zamanda bazarı analiz etmək, yer seçimi və böyümə planlarını daha dərindən qiymətləndirmək üçün kifayət qədər zamanımız oldu.
Bütün markalar kimi bu müddət ərzində bizdə onlayn satışlara daha çox üstünlük verdik və www.tudors.al saytınıda bu dövrdə istifadəyə verdik.
TUDORS türk brendi Azərbaycanda artıq 1 ildən çoxdur ki, fəaliyyət göstərir. Bu 1 il ərzində şəbəkənin fəaliyyətinin genişləndirilməsini qısaca təsvir edərdiz zəhmət olmasa.
Markamızın Azərbaycan bazarına daxil olması daha öncədən planlanmış olsa da, mağazanın açılışı tam olaraq pandemiyanın başlanğıc və güclənmə mərhələlərinə təsadüf etdi. Təbii ki, bu müddət ərzindən yeni biznesin saxlanılması, xərclərin ödənilməsi və digər müəyyən çətinliklər yaratdı. Pandemiya dövründə başlıca çətinlik AVM və qeyri-qida mağazalarının nə zaman açılacağının planlaşdırıla bilməməsindən yaranırdı. İkinci mağaza açılması qərarını isə Avqust ayında verdik və 27 sentyabr günü Bravo Koroğluda əslində marka üçün spesifik olmayan Stend showroom tərzində bir mağaza konseptinın açılışını etdik. Tarixə diqqət etsəniz bu açılış tarixidə əlamətdar bir tarix oldu və 2-ci Qarabağ müharibəsinin başlanması gününə təsadüf etdi. Marka bu qədər çətin bir dönmədə bazara daxil olmasına baxmayaraq çox uğurlu böyüməyə nail olmuşdur. 2021-ci il mart ayında markamızın Fəvvarələr Meydanında 3-cü mağazasının açılışı oldu. Pandemiya dövründə artıq 3 mağazayla müştərilərin xidmətindəyik.
TUDORS-u digər türk brendlərindən fərqləndirən cəhədləri nədir?
Tudors digər Türk markalarından fərqləndirən əsas üstünlüyü sloqanında istifadə olunduğu kimi həqiqətən bir Köynək Krallığı olmasıdır. Biz insanların köynək dedikdə düşündükləri marka olmağı qarşımıza məqsəd qoymuşuq. Türkiyədə artıq bu hədəfə çatılıb deyə bilərik, bunu Türkiyə üzrə 200-dən artıq mağazanın mövcudluğuda təsdiqləyir. Azərbaycandada hədəfimiz eynidir. Bizim bir mağazamızda ortalama 350 üzəri köynək çeşidi olur bu çeşidlərdən seçim etmək və tam istəyə uyğun köynəyi bəyənmək müştərilər üçün çox asandır. Əməkdaşlarımızda köynək haqqında yüksək biliklərə sahibdir, müştərilərin istəyinə bədən formasına uyğun seçimdə yardımçı olurlar. Digər əsas üstünlüklərimiz qiymətlərin münasibliyidir, markamız bütün ölkələrdə uyğun qiymət prinsipinə sadiqdir. Standard köynək modellərimiz 19.99-44.99 manat, nano texnologiyalı ləkə tutmaz və exclusive modellər 49.99-64.99 manatdır
Pandemiya ilə əlaqədar olaraq online satışın təşkili sizə hansı imkanlar yaratdı? Hazırda önlayn satışın həcmi umumi gəlidə neçə faiz təşkil edir? Ənənəvi satış üsulu sizə nə qazandırır?
Pandemiya müddətində geyim mağazalarının bağlı olması, ənənəvi satış imkanının mümkün olmaması insanların onlayn alışa yönlənməsinə ciddi təkan verdi. Bu müddət ərzində bizimdə onlayn satışlarımız kifayət qədər uğurlu oldu və saytımızı istifadəyə verdik. Saytımız kifayət qədər funksional olmaqla yanaşı məhsul çeşidləridə çoxdur. Mağazadakı məhsulların 90-95% hissəsi saytımızda müştərilərə təqdim olunur.
Müasir dövrdə onlayn satışlar artan tempdə davam edir və ənənəvi satışları sıxışdırır. Lakin ölkəmizdə kifayət qədər ənənəvi alışı seçən müştərilər mövcuddur. Belə ki, köynək seçimi tək ölçü ilə yekunlaşmır, geyimə toxunmaq, materialını, keyfiyyətini hiss etməkdə çox önəmlidir. Mağazada müştəri istədiyi modelin nümunəsini geyinib, real görünüşünü görməklə daha düzgün seçim edə bilir. Hazırda bizim satışlarda onlayn satış ənənəvi satışla müqayisədə çox azdır. Lakin onlayn satışların artırılması başlıca məqsədimizdir və bu baxımdan onlayn sifarişlərdə daim 10% əlavə endirim tətbiq olunur.
Azərbaycanda satış şəbəkəsində çox saylı iştirakçılar var və bu iştirakçılar müştəri loyallığı proqramı həyata keçirir. TUDORS-da müştəri loyallığı hansı səviyyədədi vəsa bu sahədə hansı yeniliklər gözlənilir?
Biz gənc sahibkarıq və yeniliklərə açıq olmaqla yanaşı, daimi müştəri olaraq bizi nələr cəlb edə bilər sualını düşünərək bu istiqamətdə fəaliyyətimizi gücləndiririk. Bizim müştəri loyallığımızın əsasını Tudors markasının həqiqətən bir Köynək Krallığı olması, mağazalarımızdakı seçim bolluğu, qiymət münasibliyi və ən əsası keyfiyyətin yüksəkliyi təmin edir.
Bununla yanaşı mağazamızda istər taksitli əməliyyatlar üzrə aparıcı bankların layihələrinə üzvlük, müştəri loyallığı proqramlarına üzvlüklər və daimi yenilənən sərfəli kampaniyalar mövcuddur.
Hazırda isə hər alışda cashback qazanmaq funksiyasını aktivləşdirmişik. Belə ki, müştərilər bizdən aldığı hər hansı məhsulun çekində olan QR kodu oxutmaqla keçdikləri linkdən məlumatları yazaraq 8% cashback əldə edirlər. Burada məqsədimiz müştəri loyallığını təmin etməklə yanaşı xidmətimizin keyfiyyətini artırmaqdan ibarətdir. Linkdə mağazadakı xidmətin, çeşidlərin, qiymətin dəyərləndirilməsi və müştərilərin təklifləri yığılır. Gündəlik olaraq bu qeydlər nəzarətdə saxlanılır və təkliflərə əsasən mümkün dəyişikliklər olunur.
Qeyd etdiyimiz bu sistem qısa müddətdə tətbiq olunmasına baxmayaraq günlük müştərilərimizin 70-80% tərəfindən istifadə olunur və çox uğurlu layihə olduğuna inanırıq.
Pandemiya ilə bağlı qaydaların yumşaldılmasını nəzərə alaraq post pandemiya dövründə planlarınızla bağlı fikirlərinizi bilmək istərdik. Satış coğrafiyanızı genişləndirmək niyyətiniz varmı?
Tudors markasının ölkəmizdə hədəfləri və gözləntiləri yüksəkdir. Mağazamızda olan hər kəs bu markanın bizim bəylər üçün çox uyğun olduğunu və hətta bizim bəyləri düşünərək yaradıldığını düşünürlər. Bildiyiniz kimi markamız yalnız öz istehsalı olan kişi geyimlərinin və aksesuarlarının satışını həyata keçirir. Post pandemiya dövrü üçün düzgün məkan seçimi olmaqla mağazaların sayının artırılmasını planlayırıq. Sentyabr ayında Sumqayıtda əlavə mağazamızın açılışı planlaşdırılır və hazırda bu istiqamətdə işlərimiz gedir. Hər şey planladığımız kimi olarsa il sonuna qədər artıq 5 mağazayla müştərilərimizə xidmət etməyi hədəfləyirik.
Rübail müəllim, müsahibəyə görə təşəkkür edir, sizə uğurlar arzulayırıq
Markamıza göstərdiyiniz diqqətə görə təşəkkür edirik, redaksiyanın bütün əməkdaşlarına uğurlar diləyirəm.