“Tudors Azerbaijan” şirkətinin direktoru Rübail Quliyevin FED.az biznes maliyyə portalına verdiyi müsahibəni təqdim edirik.
Rubail müəllim, ilk öncə TUDORS markası haqqında məlumat vermənizi xahiş edirik
Tudors dünyanın 17 ölkəsində 300-ə yaxın mağazası olan beynəlxalq türk brendidir. Hətta son mağaza İtaliyanın Roma şəhərini mərkəzi küçəsi olan Via Del Corsoda açılmışdır. Əsasən kişi köynək və aksesuarlarının istehsalı və satışı ilə məşğuldur. Mottosu da ona uyğun olaraq “Köynək krallığı”dır.
Bəs TUDORSun Azərbaycan hekayəsi necə başladı?
Dəqiq desək firma olaraq biz davamlı beynəlxalq marka axtarışında idik. Əsas kriteriyamız isə insanlara həm qiymət, həm də keyfiyyət olaraq uyğun bir marka tapmaq idi. Bütün oxlar bizə Tudorsu göstərirdi. İlk olaraq İstanbula getdik, mağazaları gözlərimizlə görüb ilkin araşdırmaları etməyə başladıq. Elə İstiklal prospektində ardıcıl 3 mağazanı gördükdə artıq qərar vermişdik ki, TUDORSun Azərbaycandakı Krallığının təməllərini atmalıyıq. 2020-ci ildə ilk mağazamız olan Metropark fəaliyyətə başladı. Təəssüf ki, pandemiya ilə əlaqədar olaraq sadəcə 15 gün açıq qala bildi, daha sonra onlayn fəaliyyət göstərdi.
TUDORS pandemiya dövrünü necə keçirdi ?
Çox gözəl bir söz var. Hər kriz bir fürsətdir. Pandemiya bizə çox şeylər öyrətdi. Markaların müştərilərə baxış bucağını dəyişdi. Ən əsası onlayn satış sistemimizin formalaşdırılmasını sürətləndirdik. Çox qısa müddətdə vebsaytımız fəaliyyətə başladı (www.tudors.al) və bazarda olan bütün onlayn satış kanallarına, həmçinin loyallıq proqramlarına qoşulduq. Təbii ki, insanların köynəyə olan tələbatının azalması və alış gücünün azalması müəyyən qədər bizə də təsirsiz ötüşmədi. Hər kəs kimi biz də öz dərslərimizi aldıq bu çətin perioddan.
Bütün bu çətinliklərə baxmayaq artıq digər ünvanda 4-cü mağazanı açmağı planlayırsınız. Sizcə bu riskli deyil?
Təbii ki, çox böyük riskdir amma deyərdim ki, böyük uğurlar məhz ən böyük riskləri aldıqda əldə edilir. Bəli tamamilə doğru qeyd etdiniz, artıq 4-cü mağazamızı sentyabrın 23-ü Sumqayıtda Bravo Superstoreda açmağı planlayırıq. Fürsətdən istifadə edib bütün oxucularımızı yeni mağazamıza dəvət etmək istərdim. Xüsusi ilə qeyd etmək istəyirəm ki, digər markaların mağaza bağladığı bu dövrdə TUDORS olaraq hər rübdə 1 mağaza açırıq. Amma TUDORS adət ənənələri, tarixi və marka gücü olan bir brenddir. Biz əminik ki, TUDORS yaxın 1 ildə kişi geyim bazarında hədəflədiyi nöqtəyə gələcəkdir.
Bəs TUDORS müştərilərinə nə kimi fərqliliklər təklif edir ?
İlk olaraq TUDORS markasının ən böyük üstünlüyü kimi, münasib qiymət və yüksək keyfiyyəti qeyd edə bilərəm. Sözün açığı bu qiymətə bu keyfiyyətə məhsulu nəinki geyim sektorunda, hətta başqa heç bir sahədə görməmişəm.
Əlavə olaraq qeyd edim ki, Tudors ailəsi olaraq bizim əsas iki prinsipimiz var. Müştəri məmnuniyyəti və komanda ruhu. Buna əsaslanaraq komandamızla davamlı olaraq daha yaxşı necə olabilərik deyə çalışırıq. Markamız olduğu üçün demirəm amma məncə xidmət səviyyəmiz ilə ölkəmizdəki fərqimizi ortaya qoyuruq. Bunu müştərilərimiz də təsdiqləyəbilər.
Buna əlavə olaraq, sadəcə Tudors markasında olan QR Code üzərindən formalaşan cashback və CRM sistemimiz mövcuddur. Müştərilərimiz hər alış verişin 8 %-ini cashback olaraq geri qazanırlar. Həmçinin mağazamızda hər zaman xüsusi endirimlər və kampaniyalar müştərilərə təqdim olunur.
Son zamanlar Türkiyədən çatdırılma şirkətləri çox aktualdır. Bu xidmətlər TUDORSa nə kimi təsirlər göstərir?
Səmimi olaraq deyim ki, bu şirkətlərin çoxunun müvəqqəti olduğunu düşünürəm. (Gülür). Çünki Azərbaycan əmək bazarında bizneslər bazar araşdırmalarına, investisiya strategiyalarına uyğun olaraq qurulmur, sadəcə bir sahə trend olur və hər kəs o sahə üzrə şirkət açır. Bir zamanlar xaricdə təhsil trend idi, sonra turizm şirkətləri, taksi şirkətləri, indi isə karqo şirkətləri.
İkinci olaraq qeyd edim ki, Tudors olaraq bizim müştərilərimizin elə bir ehtiyacı yoxdur. Çünki, bizim qiymətlərimiz demək olar ki Türkiyə qiymətləri ilə eynidir. Hətta deyərdim ki, bəzi məhsullarımız daha da ucuzdur. Müştərilərimiz heç bir ölçü problemi olmadan rahatlıqla məhsulları əyinlərində yoxlayaraq alabilərlər. Fürsətdən istifadə edib, hər kəsi möhtəşəm sezon endirimi kampaniyamızdan istifadə etməyi məsləhət görərdim.
Rübail müəllim, müsahibəyə görə təşəkkür edir, sizə uğurlar arzulayırıq
Markamıza göstərdiyiniz diqqətə görə təşəkkür edirik, redaksiyanın bütün əməkdaşlarına uğurlar diləyirəm.