Azərbaycanda karantin tədbirləri yumşalandan sonra kafe restoranlara buraxılmasına icazə veriləcək müştəri sayı məlum olub.
Eləcə də bax: Daha bir məhşur otel "PMD Hospitality" qrupun - NƏZARƏTİNƏ KEÇDİ
FED.az xəbər verir ki, bu Nazirlər Kabinetinin «Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə» qərarında əksini tapıb.
Sözügedən qərarla «Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları» təsiq edilib. Qərara əsasən koronavirus (COVID-19) pandemiyası dövründə kafe-restoranlarda müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır.
Bunlan başqa, qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır.
Hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s.) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir.
Qaydalar restoranları, kafelər və barları, fast-fud yemək məkanlarını, tələbə yeməkxanalarını və sair məntəqələri əhatə edir. Həmin qaydalara görə, müxtəlif obyektlərdə adambaşına düşən sahə 5-6 kvadratmetrdən başalyır və 2,8-3 kvadratmetrədək dəyişir.
Bu qərarın icrasına Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanları nəzarət edəcəklər.