"Respublika Pediatriya Mərkəzi” yenidən təşkil olunur.
FED.az xəbər verir ki, həmin publik hüquqi şəxs (VÖEN 1308557161) “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti “Həkim-Sanitar Xidmətinin Bakı Dəmir Yolu Xəstəxanası” Məhdud Məsuliyyətli Cəmiyyətinin (Bakı Dəmir Yolu Xəstəxanası) (VÖEN 1400183601) ona qoşulması yolu ilə yenidən təşkil olunduğunu və sonuncunun ləğvini elan edir.
Kreditorlar Bakı Dəmir Yolu Xəstəxanasına qarşı tələblərini iki ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr. 206A ünvanına bildirə bilərlər.