30 iyun 2025-ci il , saat 15: 00-da "Sumqayıt-Polimer" ASC (VÖEN: 2900172141) səhmdarların Ümumi Yığıncağının keçirilməsi nəzərdə tutulub.
FED.az xəbər verir ki, iclasın keçirilmə ünvanı Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, ev 12-dir.
Ümumi yığıncağın gündəliyi aşağıdakı kimidir:
1. "Sumqayıt Polimer" Açıq Səhmdar Cəmiyyətinin mühasibat balansını, mənfəət və zərər hesabatlarını təsdiq etmək.
2. Digər məsələlər.
Ümumi Yığıncağın gündəliyinin materiallarını və yığıncağın gündəliyinə salınan məsələrlə bağlı təklifləri əldə etmək üçün hər həftənin birinci və üçüncü günləri saat 10:00-dan 13:00-dək "Sumqayıt Polimer" ASC-nin Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, ev 12 nömrəli ünvana müraciət etmək olar.