"Pirsaatçay - Quşçuluq" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağının tarixi açıqlanıb.
FED.AZ xəbər verir ki, səhmdarların növbəti ümumi yığıncağı 01 iyun 2026-ci il, saat 10:00-da keçiriləcək.
Yığıncaqda müzakirə olunması nəzərdə tutulan məsələlər aşağıdakılardır:
1."Pirsaatçay - Quşçuluq" ASC-nin 2025-ci ildə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi və maliyyə hesabatlarının təsdiqlənməsi;
2.Mənfəətin bölüşdürülməsi ilə bağlı məsələlərin müzakirəsi;
3.Digər məsələlər;
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ ilə bağlı materiallarla tanış olmaq üçün "Pirsaatçay - Quşçuluq" ASC-nin ofisinə müraciət edə bilərlər.
Ünvan: Hacıqabul rayon Rəncbər kəndi.














