"MES-T" MMC (VÖEN: 0201391611) ayrılma şəklində yenidən təşkil olunur.
FED.az xəbər verir ki, cəmiyyətin tərkibindən "MEST-2" MMC, "MEST-3" MMC, "MEST-4" MMC, "MEST-5" MMC, "MEST-6" MMC, "MEST-7" MMC, "MEST-8" MMC, "MEST-9" MMC, "MEST-10" MMC, "MEST-11" MMC ayrılaraq yeni yaranır. "MES-T" MMC-nin bəzi hüquq və öhdəlikləri ayrılma nəticəsində yeni yaranan şirkətlərə ötürülür.
Qeyd edək ki, "Mest" MMC ötən ay, yəni 06.02.2023-cü ildə dövlət qeydiyyatına alınıb.
Şirkətin nizamnamə kapitalı 4 540 000 manatdır.
Qanuni təmsilçisi Arif Yusifov Yusif oğludur.
Hüquqi ünvanı, Az7000, Naxçıvan şəhəri, Təbriz 16-da yerləşir.