12 dekabr 2024-cü il tarixdə saat 10.00-da "İstilikenerjitikintiquraşdırma" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verirk ki, yığıncaq Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsi, Babək prospekti 33 ünvanda yerləşən inzibati binada baş tutacaq.
Səhmdarların ümumi yığıncağının gündəliyi aşağıdakılardır.
1. "İstilikenerjitikintiquraşdırma" ASC-nin 2023-cü ilin yekunu üzrə maliyyə hesabatının müzakirəsi, təsdiq edilməsi;
2. Bir qrup səhmdarların "İstilikenerjitikintiquraşdırma" ASC-dən ayrılması, yenidən təşkil edilməsi, yeni hüquqi şəxslərin yaradılması;
3. "İstilikenerjitikintiquraşdırma" ASC-nin nizamnamə kapitalının azaldılması və yeni nizamnamənin təsdiq edilməsi;
4. Hüquqi şəxslərin nizamnamələrinin, bölünmə balanslarının və təhvil aktlarının təsdiq edilməsi;
5. Dəyişikliklərlə əlaqədar sənədlərin hazırlanması, imzalanması və bütün bu işlərlə bağlı səlahiyyətli şəxslərin təyin edilməsi.
"İstilikenerjitikintiquraşdırma" ASC səhmdarlarının nöbədənkənar ümumi yığıncağının gündəliyinin materialları ilə tanış olmaq və əldə etmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsi, Babək prospekti 33 ünvana, telefon 0703962528 müraciət etmək olar.
Qeyd edək ki, şirkətin hüquqi ünvanı hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi 32 ünvanıdır.