30 iyun 2025-ci il saat 11.00-da "EF-Qaz" ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq cəmiyyətin inzibati binasında olacaq.
Gündəlikdəki məsələlər:
1. 2024-cü ilin yekunlarına dair idarə heyətinin hesabatı.
2. Təşkilati məsələlər.
– İdarə heyətinin sədrinin və üzvlərinin seçilməsi,
– Müşahidə şurasının sədrinin və üzvlərinin seçilməsi,
– Daxili audit (təftiş komitəsi) müfəttişin seçilməsi.
3. Digər məsələlər.