Xaçmaz rayonunda fəaliyyət göstərən "Apiaz" MMC bal və bal məhsullarının istehsalı və qablaşdırılması layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan 120 min manat güzəştli kredit əldə edib.
Ağdaşda plastik məmulatların istehsalına - GÜZƏŞTLİ KREDİT AYRILIB
FED.az xəbər verir ki, bu barədə bu gün Sahibkarlığın İnkişafı Fondu məlumat yayıb.
Qeyd edək ki, "Apiaz" şirkəti "Ballı" brendi ilə bal və bal məhsulları təklif edir.
Ötən ilin Dekabr ayında İqtisadiyyat naziri Mikayıl Cabbarov Tvitter səhifəsindən "Apiaz" MMC-yə bal və bal məhsullarının istehsalı və qablaşdırılması layihəsinə 120 min manat güzəştli kredit verildiyini açıqlamışdı.