Azərətsüd İcarə Topdansatış Birliyi (VÖEN: 1600093001) ləğv olunduğunu elan edir.
FED.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Az 1029 Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 6-cı köndələn küçəsi, mənzil 2 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, Azərətsüd İcarə Topdansatış Birliyi 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Şrikət 1 911,47 manat Nnzamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Fərəcullayev Əliheydər Şamil oğludur.
Qeyd edək ki, Azərətsüd İcarə Topdansatış Birliyi Dövlət şirkəti olan "Azərkontrakt" QSC-yə məxsusdur. QSC-nin ləğv edilməsi ilə tabeliyindəki ixtisaslaşdırılmış lizinq şirkəti “Azərlizinq”, “Avtomobil-Nəqliyyatı” təsərrüfatı, “Azərmetal” topdansatış ticarət birliyi, “İnşaatçı” tam təsərrüfat hesablı istehsal-satış müəssisəsi də ləğv olunub.