27 iyun 2024-cü il tarixində saat 11:00-da "Azərboru" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Sumqayıt şəhəri, Sülh küçəsi, 1 ünvanında yerləşən Səhmdar Cəmiyyətin inzibati binasında baş tutacaq.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. "Azərboru" ASC-nin Müşahidə Şurasının seçilməsi
2. "Azərboru" ASC-nin Müfəttişinin seçilməsi
3. "Azərboru" ASC-nin 2023-cü maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqlənməsi.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10:00-dan 17:00-dək "Azərboru" ASC-nin Sumqayıt şəhəri, Sülh küçəsi, 1 ünvanında yerləşən inzibati binasında səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.